Nokia smartfonlarının iş stolunu tam dəyişəcək ən yaxşı proqramlardan biri. Əgər telefonunuzun menyusun İphone stilində etmək istəyirsinizsə, bu proqram sizə kömək olacaq. Proqram həmçinin telefonu klidə saldıqda İphone kimi onu dəyişir (əlavə görüntü). Siz ekranı basıb uzun müddət saxlayaraq, ikonların yerini dəyişə bilərsiniz. Həmçinin aşağıda sürətli keçid yeri də mövcuddur. 4 temadan birini seçə bilərsiz, qovluqları redaktə etmək, fonu dəyişmək, ikonlarla işləmək və s. imkanlar daxil edilib.
Proqram kiçik həcmli olsada, onunla siz bütün və ya seçdiyiniz tətbiqləri, proqramları bir kliklə dərhal bağlaya bilərsiz və artıq işə salınan proqramları bir-bir bağlamağa ehtiyac qalmayacaq. Proqram həmçinin gizli fon tapşırıqlarını bağlaya bilir. Symbian OS 9.4 ,^3, Anna və Belle versiyalı smartfonlar üçündür.
Symbian^3 və OS 9.4 versiyalı smartfonlarda kameranın işığından fonar kimi istifadə etməyi təmin edən yeni proqramın ilk rəsmi versiyası. Bu proqramda interfeys çox sadə və rahatdır. Proqrama daxil olub qırmızı rəngli bölməyə toxunmağınız kifayətdir ki, kameranın işığı yanmağa başlayacaq. Bu zaman ekrandakı qırmızı işıq yaşıl rəngli işıqla əvəz olunacaq. Əgər siz kameranın işığını söndürmək istəsəz onda yaşıl rəngli bölməyə basın. Bu zaman işıq sönəcək və yaşıl rəngli bölmə qırmızı rənglə əvəz olunacaq.
Sleep Maker özündə 15 sakitləşdirici audio trek saxlayır, yuxusuzluq-dan əziyyət çəkənlər üçün ideal bir proqram olacaq və ya əgər sizdə çətin iş günü keçibsə, istənilən mahnıdan birini seçin, sakitləşdirici musiqi altında sakitləşin. Rahat taymer funksiyası və səsin idarə olunması daxil edilib.
Yeniliklər: » Yüksək səs keyfiyyəti; » Təkmilləşdirilmiş istifadəçi interfeysi; » Digər düzəlişlər.
ThinkChange şirkəti tərəfindən istehsal olunmuş, standart kilidi açmaq üçün olan proqramın yeni versiyası. Kilidi açmaq üçün sadəcə ekrana toxunub, müəyyən sayda skaynerin yoxlamasını gözləyin. Sayı isə nizamlamalardan dəyişə bilərsiniz. Proqram zarafat xarakteri daşıyır, barmaq izini tanımır, sadəcə toxunuş hiss edir.
Symbian^3 və OS 9.4 platformalı smartfonlarda bu proqram idmançının təlim prosesini idarə etmək üçün nəzərdə tutulub. Bu proqramla siz təlimin prosesini, idman etdiyiniz bölgələri və həmçinin gündəlik saxlaya bilərsiniz. Sonda isə qrafiklərin analizini öyrənə bilərsiniz. İstifadə olunan əsas imkanları: qida, çəki, məsafini öyrənmək, təzyiq və s.
ThinkChange şirkəti tərəfindən istehsal olunmuş bu proqram iPhone-da olduğu kimi sizin telefonu klidə salacaq. Həmçinin klidə salınan zaman ekranda bir sıra vacib elementləri əks etdirir. Fon və şriftin rəngini istədiyiniz cür dəyişə bilərsiz
Xüsusiyyətləri: » Telefonunuzda istənilən kataloqdan təsvirlərin seçimi; » Slayderin həssaslığını tənzimləmək; » Klidə salınmış vəziyyətdə qəbul olunmuş SMS'ə baxmaq imkanı; » İşlək vəziyyətdə olan proqramlar siyahısından gizlədilmə; » Vaxtı, tarixi və telefon barədə informasiyanı sazlamasında 16 rəng seçimi; » Əlavə qeydlər üçün sağ hissədə əlavə panel və s.
Symbian^3 və OS 9.4 sistemində çalışan smartfonlar üçün multiplatformalı interfeys proqramının yeni versiyası. Bu proqramla siz telefonuvuzun interfeysini dəyişərək onu daha da maraqlı edə bilərsiniz.
Xüsusiyyətlər: » Xüsusi effektli 3D karusel; » Vidjetlərin dəstəklənməs; » Əlaqələrin (kontakt) sürətli axtarışı və kateqoriyalara bölünməsi; » Hər bir əlaqə (kontakr) üçün ayrı foto yerləşdirmək və kart açmaq imkanı; » İstifadəçilərin şəkilləri ilə olan zənlər siyahısı; » Gözəl və realistik qrafika; » Fotoçərçivə vidjeti üçün Slayd-şou; » Profillər üzərində işləmək imkanı; » Dünya ölkələrinin vaxtını nümayiş etdirmək imkanı; » Hava məlumatları; » 3x3 telefon stil menyusu; » İş stolunun şəklini seçmək və fonu dəyişmək imkanı; » Simsiz əlaqə meneceri; » Menyunu dəyişmək imkanı və s.
Yeniliklər: » Bu versiya həçinin Symbian Belle sistemində çalışır;; » Xüsusi effektli 3D karusel S^3, Anna və Belle sistemində problemsiz olaarq işləyir; » Hava proqnozunun avtomatik yenilənməsi ilə bağlı problem aradan qaldırılıb; » QWERTY klaviaturalı modellərdə əlaqələrin (kontakt) axtarılması yaxşılaşdırılıb; » Bəzi kiçik səhvlər aradan qaldırılıb.
[!] Bu versiya Trial olduğuna görə cəmi 15 gün işləyəcək.
Symbian^3 və OS 9.4 sistemində çalışan smartfonlar üçün "ISTA INC" şirkətinin istehsalı olan yeni proqramın ilk rəsmi versiyası. Bu proqram HTML cədvəl formasında rənglərin adını, onların HEX və DEC kodlarını nümayiş etdirir.
Symbian^3 və OS 9.1-9.4 sistemində çalışan smartfonlar üçün "RaceChrono" proqramının yeni versiyası. Bu proqram telefonda quraşdırılmış GPS qəbuledici vəsitəsilə sizin səfər və məşqləriniz haqqında məlumatları qeyd edərək nümayiş etdirə bilər.
Xüsusiyyətlər: » Getdiyiniz və ya qaçdığınız dairələrin sayı; » Dairənin keçmə zamanı; » Məsafənin keçilməsi üçün ümumi zaman; » Məsafə ərzində sürətin dəyişməsi və s.
Symbian OS 9.1-9.4 və S^3 sistemində çalışan smartfonlar üçün "Killer Mobile" şirkətinin istehsalı olan yeni proqramın ilk rəsmi versiyası. Bu proqramın köməyi ilə siz telefonda hər bir əlaqə (kontakt) və nömrəyə uyğun musiqi təyin edə bilərsiniz. Bu musiqililər telefonda olan standart mahnılardan, sizin mahnılardan və yazdığınız səslərdən ibarət ola bilər.
[!] Bu versiya Trial olduğuna görə cəmi 14 gün (2 həftə) işləyəcək.
Symbian OS 9.4 sistemində çalışan smartfonlar üçün "picoBrothers" şirkətinin istehsalı olan yeni proqramın ilk rəsmi versiyası. Bu maraqlı proqram qalstukları düzgün bağlamaqda sizə kömək olacaq. Proqramda qalstukları düzgün bağlamaq üçün bir neçə üsul var. Bütün üsullar şəkillərin köməyi ilə izahlı şəkildə verilib.
[!] İstehsalçılar məsləhət görürlər ki, proqramı telefonun yaddaşına (C: diski) quraşdırasınız.