Symbian OS 9.1-9.3 sistemində çalışan smartfonlarda (*.txt), (*.fb2), (*.rtf), (*.tcr) və (*.epub) formatında olan faylları oxumaq üçün nəzərdə tutulmuş proqramın Azərbaycan dili əlavə edilmiş versiyası. Adı sadalanan formatda olan faylları (*.zip) formatında olan arxivin içindən də çıxardıb oxuya bilərsiniz. Oxuma zamanı mətni 90, 180 və 270 dərəcədə nümayiş etdirə bilərsiniz. Bundan başqa mətndə şriftin ölçüsünü və rəngini də dəyişə bilərsiniz.
Symbian OS 9.1-9.3 sistemində çalışan smartfonlarda yalançı zənglər təşkil etmək üçün nəzərdə tutulmuş proqramın Azərbaycan dili əlavə edilmiş versiyası. Bu proqramın istifadə qaydası çox sadədir. Proqrama daxil olan kimi sazlamaları istəyinizə uyğun olaraq dəyişə bilərsiniz
Bölmələr və onların mahiyyəti: "Düymə" bölməsində yalançı zəngi aktivləşdirmək üçün nəzərdə tutulmuş düyməni seçə bilərsiniz. Burada seçmək üçün 3 düymədən (*, # və C) istifadə edə bilərsiniz. "Zəng edənin adı" bölməsində yalançı zəng zamanı nümayiş olunan adı yaza bilərsiniz. "Aktiv rejim başlayır" bölməsində proqramın qaynar düyməni basdıqdan neçə dəqiqə sonra yalançı zəng təşkil etməsini yaza bilərsiniz. "Musiqi" bölməsində yalançı zəng gələn zaman səslənən musiqini seçə bilərsiniz.
Symbian OS 9.1-9.4 sistemində çalışan smartfonlarda standart veb bələdçini şifrə ilə müdafiə etmək üçün nəzərdə tutulmuş proqramın Azərbaycan dili əlavə edilmiş versiyası. Bu proqramın istifadə qaydası çox sadədir. Sadəcə olaraq "Sistem" bölməsinə daxil olub sazlamaları təyin edin. Bundan sonra əsas pəncərədə "Kilidə salmaq" bölməsinə daxil olaraq proqramı aktivləşdirə bilərsiniz. Bundan sonra proqram işlək rejimə keçərək standart veb bələdçini şifrə ilə müdafiə edəcək. Proqramı söndürmək üçün artıq bu dəfə əsas pəncərədə olan "Kiliddən çıxartmaq" bölməsinə daxil olmaq lazımdır. Bundan sonra proqram deaktiv rejimə keçərək veb bələdçini şifrə ilə müdafiə etməyəcək. Siz müdafiəni 2 növdə, avtomatik və ya təyin edilmiş intervaldan sonra işə sala bilərsiniz. Proqramda həmçinin AvtoStart (Avto başlama) rejimi də mövduddur.
Symbian^3 və OS 9.1-9.4 sistemində çalışan smartfonlar üçün xəbərdaredici proqramın Azərbaycan dili əlavə edilmiş versiyası. Bu proqramın köməyi ilə siz təyin etdiyiniz intervalda seçdiyiniz musiqidən və ya saat dinlənməsindən xəbərdaredici siqnal kimi istifadə edə bilərsiniz. Bundan başqa intervalı 1 saat olan funksiyadan da istifadə edə bilərsiniz. Hər seçim üçün ayrı musiqini səs siqnalı kimi təyin etmək olar. Funksiyaları tənzimlədikdən sonra proqram sizin seçdiyiniz vaxtlarda seçilmiş səsləri siqnal kimi səsləndirəcək. Proqramda seçilmiş intervalda robotun avtomatik olaraq vaxtı söyləmək funksiyası da var. Proqramda olan robot telefon dili ingilis olarsa tam şəkildə işləyərək saatdan başqa günün tarixini də səsləndirə bilər. Siz siqnal olaraq öz seçdiyiniz musiqilərdən də istifadə edə bilərsiniz.
Xüsusiyyətlər: » Səs siqnalı hər saatdan bir və ya sizin təyin etdiyiniz intervalda səslənməsi; » Səs siqnalını seçmək imkanl; » Saat və günün tarixindən robotun bildişiri ilə xəbərdar olmaq imkanı; » Siqnal səslərinin gücünü təyin etmək imkanı; » Titrəməni (vibrasiyanı) aktiv/deaktiv etmək imkanı.
Symbian OS 9.1-9.4 və ^3 versiyalı smartfonlar üçün Azərbaycan dilinə tərcümə edilmiş kiçik ölçülü zəngli saat (budilnik) proqramı.Bu proqramın köməyi ilə siz seçdiyiniz musiqidən, təyin etdiyiniz vaxtda zəngli xəbərdaredici kimi istifadə edə bilərsiz. Bu proqram sizin əvvəlcədən zəng kimi təyin etdiyiniz musiqiləri müvafiq ardıcıllıqla oxudur. (*.mp3) formatında olan musiqi fayllarını E:\podcasts qovluğuna yerləşdirməyiniz kifayətdir ki, proqram onları işlədə bilsin.
Açarlar: » OK: oxutmaq/fasilə etmək; » Aşağı: dayandırmaq; » Sağa: keçid almaq; » Sola: 5 saniyə geri etmək » * və ya aşağı: səsi azaltmaq; » # və ya yuxarı düymə: səsi artırmaq; » C: siqnalı söndürmək və ya faylı silmək.
Symbian^3 və OS 9.1-9.4 versiyalı smartfonlarda şriftlərlə bağlı bir sıra funksiyaları yerinə yetirən proqramın Azərbaycan dilinə tərcümə olunmuş yeni versiyası. Bu proqramın köməyi ilə siz telefonda olan şrifti tamamilə əvəz edə və dəyişə bilərsiniz. Siz həmçinin sistem şriftini, onun olçülərini, yerini və şəffaflığını dəyişə bilərsiniz.
Xüsusiyyətlər: » Sistem şriftini dəyişmək; » Şrift ölçüsünü dəyişmək; » Əvvəlki vəziyyətə qaytarmaq; » Şriftin şəffaflığını dəyişmək və s.
[!] Şriftə dəyişikliklər edib, fonta işlət əmri verdikdən sonra avtomatik proqramdan çıxılacaq. Bu zaman telefonu söndürüb/yandırın (restart) və sizin şriftiniz hazırdı. İstəyinizə uyğun olan digər şriftləri isə saytımızın "Şirftlər" bölməsindən yükləyə bilərsiniz. Yüklədiyiniz arxixdə olan (*.ttf) formatlı şrifti telefonda C:\data\fontzoomer\ bölməsinə yerləşdirin.
Symbian OS 9.1-9.4 və ^3 versiyalı smartfonlar üçün Azərbaycan dilinə tərcümə edilmiş kiçik ölçülü zəngli saat (budilnik) proqramı.Bu proqramın köməyi ilə siz seçdiyiniz musiqidən, təyin etdiyiniz vaxtda zəngli xəbərdaredici kimi istifadə edə bilərsiz. Bu proqram sizin əvvəlcədən zəng kimi təyin etdiyiniz musiqiləri müvafiq ardıcıllıqla oxudur. (*.mp3) formatında olan musiqi fayllarını E:\podcasts qovluğuna yerləşdirməyiniz kifayətdir ki, proqram onları işlədə bilsin.
Açarlar: » OK: oxutmaq/fasilə etmək; » Aşağı: dayandırmaq; » Sağa: keçid almaq; » Sola: 5 saniyə geri etmək » * və ya aşağı: səsi azaltmaq; » # və ya yuxarı düymə: səsi artırmaq; » C: siqnalı söndürmək və ya faylı silmək.
Symbian OS 9.1-9.4 və ^3 versiyalı smartfonlarda (*.zip), (*.rar) və (*.7zip) formatlı arxivlərdən faylların çıxardırılması üçün nəzərdə tutulmuş proqramın Azərbaycan dilinə tərcümə edilmiş yeni qeyri-rəsmi versiyası.
Xüsusiyyətlər: » Böyük arxivlərdən faylların çıxarılması; » Seçilmiş faylların çıxarılması; » Blutuz vasitəsilə faylların göndərilməsi;
Əlavə məlumat: » Digər dillərdə olduğu kimi Azərbaycan dilli versiyada da arxivdən faylları çıxardarkən 2 rejim mövcuddur. "Çıxartmaq->" (Çıxartmaq və ox işarəsi) olan bölməni seçməklə siz arxivdən çıxarılan faylı istənilən yerə avtomatik olaraq yerləşdirə bilərsiz.Sadəcə olaraq "Çıxartmaq" bölməsini seçdikdə isə proqram avtomatik olaraq həmin faylı arxivin olduğu bölməyə yerləşdirəcək.
Symbian OS 9.1-9.4,^3 üçün nəzərdə tutulmuş bu proqramla, siz ekranda batareya statusunu göstərən informeri aktiv edə biləcəksiz. TopBattery proqramın sazlamalarında siz istiədiyiniz tətbiqi seçərək, ekranda göstərə biləcəksiz. Proqramın işləmə rejimi çox sadədir. Batareya statusunu nümayiş etmək üçün 4 skin mövcuddu, onlardan birini seçib proqramı çeviririk və artıq ekranda batareya statusunu nümayiş edən görüntünü görəcəyik.
Yeniliklər: » Proqramın ikonu dəyişdirilərək mən tərəfdən yeni ikon əlavə edilib; » Azərbaycan dili əlavə edilib (qeyri-rəsmi).
Symbian OS 9.1-9.4 platformalı smartfonlar üçün Azərbaycan dilinə tərcümə edilmiş, telefonu tez-tez itirənlərə lazım olan proqramın qeyri-rəsmi versiyası. Proqramda yaxınlarınızdan birinin nömrəsini qeyd edirsiniz və telefona sizin istifadə etdiyiniz nömrədən başqa nömrə qoyulduqda həmin qeyd etdiyiniz nömrəyə xəbərdarlıq mesajı göndəriləcək və telefon bloka düşəcək.
Symbian OS 9.1 - 9.4 versiyalı smartfonlar üçün Operator loqosu yerinə şəkil qoyan proqramın Azərbaycan dilinə tərcümə olunmuş versiyası. Proqramda loqonu dəyişməkdən əlavə loqonu gizləmək də mümkündür. Həmçinin proqramda gizlənən və ya dəyişilən loqonu bərpa etmək də mümkündür. Bu əməliyyatlardan hər hansı birini etdikdən sonra telefonu yenidən başlatmaq(söndürüb-yandırmaq) lazımdır. Bundan sonra seçdiyiniz əməliyyat alınacaq.
Loqotip üçün məsləhət görülən ölçülər: Ekran ölçüsü 176x208 olan modellər üçün 97x25 ölçülü şəkil Ekran ölçüsü 240x320 olan modellər üçün 134x35 ölçülü şəkil Ekran ölçüsü 352x416 olan modellər üçün 194x50 ölçülü şəkil
Symbian OS 9.1-9.4,^3 versiyalı smartfonlarda ekran görüntüsün (skrinşotun) çəkmək üçün yeni proqram. Həmçinin onları şifrə ilə qorumaq və çəkdiyiniz görüntüləri proqramın özündə baxa bilərsiniz. Çəkdiyiniz təsvirlər !\Systеm\Apps\SnapMe yoluna yerləşdirilir. Proqrama Azərbaycan dili əlavə edilib.
Symbian OS9.1-9.4 və S^3 platformalı telefonlar üçün ekranda olan görüntü çəkmək proqramının Azərbaycan dilinə tərcümə olunmuş versiyası. Ekranda olan görüntünü siz bir çox formatda və formatın növlərində çəkə bilərsiniz. Həmçinin şəkilin çəkildikdən sonra hansı yaddaşda(Telefonun və ya Kartın) və hansı qovluqda saxlanılmasını da tənzimləyə bilərsiniz.