PC üçün anonim server tətbiqi proqramının yeni versiyası. "Hide IP Easy" proqramının sayəsində web əsaslı e-poçt xidmətləri, blog saytlarına, forumlara öz IP nömrənizi gizləyərək başqa server və ölkə üzərindən bağlana bilərsiniz.
PC üçün ən yaxşı veb bələdçilərdən olan "Apple Safari"-nin ən son versiyası. Sadə və qəşəng interfeysi ilə "Safari" internet üzərində sizin ən əyləncəli və ən sürətli gəzintisini etmənizi təmin edir. Sürətli performans, qəşəng və sadə interfeys, asan sıx istifadə edilənlər, pop-up bloklama, məzmun axtarışı, inteqrə RSS dəstəyi, SnapBack xüsusiyyəti, avtomatik forma doldurma, yenidən ölçüləndirilə bilən mətn boşluqları, gizli və xüsusi gəzinti kimi bir çox xüsusiyyət və inkişaf etmiş təhlükəsizlik variantlarıyla "Safari" artıq Windows istifadəçiləri üçün də böyük bir alternativ olaraq qarşımıza çıxır. "Firefox"-a görə 1 saniyə "Opera"-ya görə isə 4 saniyə daha sürətli olan qurulma sürəti proqramın ən diqqət çəkən xüsusiyyətlərindəndir. İçərisində bir qrafik gücləndiricidə olan proqram Windows istifadəçilərinə Mac dünyasının vizual interfeysini daşıyarkən daha sürətli bir internet mühiti təqdim edir.
Antivirus ESET NOD32 - Kompyuterinizi zərərli viruslardan, troyanlardan, şpion proqramlardan, reklam xarakterli fayllardan qoruyan proqramın yeni versiyası. Bu antivirusun ən yaxşı xüsusiyyətlərindən biri də sürətlə işləməsi və kompyuteri əlavə yüklənməyə məruz qoymamasıdır. ThreatSense® texnologiyaları əsasında yaradılan bu proqram kompyuterdə virusları tez bir zamanda taparaq tamamilə məhv edir.
Xüsusiyyətləri: » Daimi müdafiə: ThreatSense® texnologiyalarına əsaslanaraq. » Dəqiqlik: Antivirus kompyuteri əlavə yüklənmədən qoruyaraq sürətli və tez işləyir. Virusları taparaq sizdən silinməsi haqqında icazə istəyir. » Kiçik həcmli yenilənmə: Proqram çox tez və asanlıqla yenilənir. Bunun üçün sürətli internetə çox da ehtiyac duymayacaqsınız. » Sürətli yoxlanış: Proqram effektli şəkildə sürətli yoxlanış və virus silmə qabiliyyətinə malik olub, sizin rahatlığınız üçün nəzərdə tutulmuşdur.
İstehsalçı: ESET Buraxılış tarixi: 2012 Platforma: Windows XP/Vista/7 Dil: Rus Açar: Arxivdə qeyd olunub.
iPhone üçün yeni və maraqlı bir oyun. Yaşıl yekəpər şahzadəni xilas etdikdən sonra özünün nəhəngliyini, “adamyeyən”liyini qaytarmaq üçün Rumpelştilshen ilə saziş imzalayır. Hiyləgər cırtdanla sövdələşmə gözlənildiyi kimi getmir və bunun nəticəsi olaraq krallıqda vəziyyət ağırlaşır. İndi Şrek düşmənlərlə mübarizə aparmalı və krallığı xilas etməlidir.
Xüsusiyyətlər: » 11 müxtəlif mərhələ; » 3 fərqli personajla oynamaq imkanı (Şrek, Eşşək və Çəkməli pişik); » 3 mini oyun və s.
Symbian^3 və OS 9.1-9.4 versiyalı smartfonlar üçün "Mobileways" şirkətinin istehsalı olan ən yaxşı Twitter klient proqramının yeni versiyası. Proqramda bir çox hesabların yaradılması, Twitter Search, Laconica, TwitPic və s. dəstəklənməsi mövcuddur.
Xüsusiyyətlər: » Twitter və Laconica ilə tam əlaqənin qurulması; » Mikrobloga xas bütün əlamətlərin olması; » Əlfəcinlər: Xronologiya, cavablar, ismarıclar, dostlar; » Bir neçə istifadəçidən istifadə etmək imkanı; » İstifadəçi nizamlamalarını nəzər keçirmək imkanı; » Şəkillərə baxmaq imkanı; » Linklərə və proqramlara daxil olmaq imkanı; » N97 modeli üçün vidjet; » Əlfəcinlərlə və istifadəçi adı ilə işləmək üçün sadə və rahat interfeys və s.
[!] Bu versiya Trial olduğuna görə cəmi 10 gün işləyəcək.
Symbian^3 sistemində çalışan smartfonlar üçün "Skype" danışıq servisinin rəsmi klient proqramının yeni versiyası. Bu proqramla mobil telefonunuzda PC-da olan Skype proqramının bütün xüsusiyyətləri olacaq.
Xüsusiyyətləri: » Skype istifadəçiləri arasında zəng etmək imkanı ; » Skype istifadəçiləri arasında mətn mesajı mübadiləsi; » Skype istifadəçiləri arasında fayl mübadiləsi; » Danışıq tarixlərinin saxlanılacağı yaddaşın seçilməsi; » Digər Skype istifadəçiləri axtarmaq və dostluğa qəbul etmək; » Xətdə olmayan əlaqələrin gizlədilməsi; » Səsli məktub göndərmək imkanı və s.
[!] Proqramın bu versiyası Symbian^3 sistemindən başqa Symbian Anna və Belle sistemlərində də problemsiz olaraq işləyir.
Symbian^3 və OS 9.4 versiyalı smartfonlarda kameranın işığından fonar kimi istifadə etməyi təmin edən yeni proqramın ilk rəsmi versiyası. Bu proqramda interfeys çox sadə və rahatdır. Proqrama daxil olub qırmızı rəngli bölməyə toxunmağınız kifayətdir ki, kameranın işığı yanmağa başlayacaq. Bu zaman ekrandakı qırmızı işıq yaşıl rəngli işıqla əvəz olunacaq. Əgər siz kameranın işığını söndürmək istəsəz onda yaşıl rəngli bölməyə basın. Bu zaman işıq sönəcək və yaşıl rəngli bölmə qırmızı rənglə əvəz olunacaq.
Kompyuterinizin görünüşü xoşunuza gəlmirsə bu proqram sizin üçündür. "Seven Remix XP" proqramı sizin kompyuterin görünüşünü Windows 7 sistemində olduğu kimi nümayiş etdirəcək. Bu maraqlı proqram ancaq Windows XP 32bit sistemi üçün nəzərdə tutulub.