“Bayern” və “Chelsea” ÇL-in tarixində 3-cü dəfə qarşı-qarşıya gəlirdi. Daha öncə 2005-ci ildə 1/4 finalda qarşılaşmış tərəflərin mübarizəsində İngiltərə klubu mərhələ adlamağı bacarmışdı. İlk maçı 4:2 qazanan “Chelsea” Münhendəki qarşılaşmada da rəqibini 3:2 hesabıyla məğlub etmişdi. Bu dəfə isə bir oyunluq mübarizədə hər şey penaltilərə qədər uzandı. Uzun müddət qapılara qol vurulmadığı görüşdə hesabı 83-cü dəqiqədə Müller açdı. Lakin cəmi bir neçə dəqiqə sonra Droqba hesabı bərabərləşdirməklə komandasına həyat verdi. Əsas vaxtı heç-heçə bitən görüşə əlavə olunan yarım saat ərzində də hesabda önə keçən olmadı. Bu üzdən də Avropanın ən güclüsünü penalti zərbələriylə müəyyənləşdirməyə ehtiyac duyuldu. Bu zərbələri daha dəqiq yerinə yetirən "Chelsea" baş mükafata sahib çıxdı. Video (*.mp4) formatındadır.
Orijinal adı: The Woman in Black Ölkə: İsveç, Kanada, Böyük Britaniya Çıxış ili: 2012 Şüar: "Təkcə ona tərəf baxma." Janr: Dram, Qorxu Dünya üzrə premyerası: 3 Fevral 2012 Müddəti: 1 saat 35 dəq Tərcümə: Rusca Format: (*.mp4) Keyfiyyət: HD-Rip Büdcəsi: 17 mln. $ Rejissor: Ceyms Uotkins Rollarda: Deniel Redkliff, Kyaran Haynds, Canet MakTir, Devid Burk, Şon Duli, Emma Şori, Hermon Molli, Sofi Staki, Mişa Hendli, Cessika Reyne və digərləri. Ssenarist: Ceyn Qoldman, Syuzen Hill Prodüsser: Richard Jackson, Simon Oakes, Brian Oliver Operator: Tim Maurice-Jones Bəstəkar: Marco Beltrami Film haqqında: Gənc London vəkili Artur Kipps 3 yaşlı oğlunu tərk edib uzaq kəndlərin birinə yollanır. Burada onun vəzifəsi İl Marş malikanəsinin mərhum sahibindən qalma sənədləri araşdırıb qaydaya salmaqdır. Kəndin soyuq əhalisi ilə tanış olan Artur başa düşür ki, buranı qaranlıq keçmişin kölgələri izləməkdədir. Köhnə bir məzarlığın yanında onun gözləri qarşısına vahiməli, qara geyimli bir qadın göründükdən sonra yerli əhali və Artur üçün dəhşətli günlər başlamış olur.
Orijinal adı: The Pianist Ölkə: Almaniya, Fransa, Böyük Britaniya, Polşa Çıxış ili: 2002 Şüar: "Musiqi onun ehtirası, yaşam isə şah əsəri idi." Janr: Dram, Müharibə, Bioqrafiya Dünya üzrə premyerası: 24 May 2002 Müddəti: 2 saat 22 dəq Tərcümə: Rusca Format: (*.3gp) Keyfiyyət: DVD-Rip Büdcəsi: 35 mln. $ Rejissor: Roman Polanski Rollarda: Edrian Broudi, Emiliya Foks, Mihal Jebrovskiy, Ed Stoppard, Morin Lipmen, Frenk Finley, Cessika Keyt Meyer, Culiya Reyner, Vanya Mues, Riçard Raydinqs və digərləri. Ssenarist: Ronald Harvud, Vladislav Şpilman Prodüsser: Robert Benmussa, Roman Polanski, Alain Sardis Operator: Paul Edelman Bəstəkar: Wojciech Kilyar Film haqqında: Film, görkəmli Polşa pianoçusu Vladislav Şpilmanın həyatından bəhs edir. O, dövrünün çox bacarıqlı musiqiçilərindən idi. İkinci dünya müharibəsi zamanı Şpilman və ailəsi Varşavaya sürgün edildi. O, alçaldılmış və əzaba uğramışdı. Geri çəkilən alman ordusunun zabitlərindən biri onu şəhərin talan olunmuş xarabalıqlarının arasında görür və ona sağ qalması üçün yardım edir.
Orijinal adı: Safe Ölkə: ABŞ Çıxış ili: 2012 Şüar: "Açar ondadır.." Janr: Döyüş, Cinayət, Kriminal Dünya üzrə premyerası: 2 mart 2012 Müddəti: 1 saat 27 dəq Tərcümə: Rusca Format: (*.mp4) Keyfiyyət: CAM-Rip Büdcəsi: 27 mln. $ Rejissor: Boaz Yakin Rollarda: Ceyson Steytem, Katrin Çan, Robert Con Byork, Ceyms Honq, Enson Maunt, Kris Saradon, Sandor Teksi, Cozef Sikora, İqor Jijikin, Reqqi Li, Berri Bredford və digərləri. Ssenarist: Boaz Yakin Prodüsser: Lawrence Bender, Dana Brunetti, Steve Chesmen Operator: Stephen Czapski Bəstəkar: Mark Mazersbo Film haqqında: Vaxtilə adlı-sanlı agent olmuş Lyuk Rayta yenidən çətin vəzifə tapşırılır. O, 12 yaşlı çinli qızı çətinliklə də olsa, Nyu-York mafiyasından xilas edir. Bu kiçik qız milyonlarla dolların qorunduğu seyfin şifrəsini bilən yeganə insandır. İndi peşəkar agent Lyuk qızı Rus mafiyasından, Nyu-York polisindən və Asiyadan gələn qatillərdən qorumalıdır.
Orijinal adı: Dragon Eyes Ölkə: ABŞ Çıxış ili: 2012 Janr: Döyüş, Dram, Cinayət Dünya üzrə premyerası: 9 aprel 2012 Müddəti: 1 saat 27 dəq Tərcümə: Rusca Format: (*.3gp) Keyfiyyət: HD-Rip Büdcəsi: 3 mln. $ Rejissor: John Hyams Rollarda: Jean-Claude Van Damme, Peter Weller, Cung Le, Arielle Zimmerman, Beau Brasso, Monica Acosta, Adam Sibley, Luis Da Silva Jr., Sam Medina, Edrick Browne, Craig Walker, Crystal Mantecon, Eddie Rouse və digərləri. Ssenarist: Tim Tori Prodüsser: Alan Amiel, Steve Richards, Joel Silver Operator: Stephen Schluter Bəstəkar: Michael Krassner Film haqqında: Narkotiklə bürünmüş bir şəhər. Narkotik satıcıları bütün şəhərdə qayda-qanun tanımadan hegemonluq edir. Bu hegemonluğun qarşısını almaq üçün şəhərə yeni gəlmiş Honq əlindən gələni etməyə çalışacaq.
15 Aprel nəhəng sərnişin gəmisi Titanikin qəzaya uğramasının 100 ili tamam olur. Bununla bağlı olaraq Ceyms Kameron və onun komandasının xüsusi olaraq "National Geographic" kanalı üçün hazırladığı qəzanın məhz necə baş verdiyini canlandıran (*.mp4) formatında video çarx.
Orijinal adı: The Double Ölkə: ABŞ Çıxış ili: 2011 Şüar: "Düşmənlərinizi yaxın saxlayın." Janr: Dedektiv, Dram, Cinayət Dünya üzrə premyerası: 28 Oktyabr 2011 Müddəti: 1 saat 38 dəq Tərcümə: Rusca Format: (*.mp4) Keyfiyyət: HD-Rip Rejissor: Michael Brandt Rollarda: Richard Gere, Topher Grace, Odette Yustman, Stephen Moyer və digərləri. Ssenarist: Michael Brandt, Derek Haas Prodüsser: Derek Haas, Stefan Brunner Operator: Jeffrey L. Kimball Bəstəkar: John Debney Film haqqında: Vaşinqtonda bir parlament üzvü, daha öncə oldüyü təxmin edilən Cassius adlı Sovet cəsusunun əli olan cinayətdə həlak olur. Qatili tutmaq üçün CİA — gənc, səbirsiz agent və bütün həyatını Sovet cəsusunu tutmağa sərf etmiş xüsusi xəfiyyə Paul ilə bir komanda yaradır. Ancaq heç kimin bilmədiyi bir reallıq vardır; Paul əslində Cassiusun özüdür. Gənc iş yoldaşı yavaş-yavaş onun əsl kimliyini taparkən, Paul da Cassiusu təqlid edən bir nəfəri tutmaq üçün zamanla yarışa başlayır.
MoBiLiM.Az istifadəçiləri üçün dünya kinematoqrafiya tarixinin möhtəşəm filmlərindən olan "Titanic"-də səslənən saundtreklər.
Kompozisiyalar: » Never An Absolution » Distant Memories » Southampton » Rose » Leaving Port » Take Her To Sea, Mr. Murdoch » Hard To Starboard » Unable To Stay, Unwilling To Leave » The Sinking » Death Of Titanic » A Promise Kept » A Life So Changed » An Ocean Of Memories » My Heart Will Go On (Love Theme From ‘Titanic’) » Hymn to the Sea